Braziliyada güclü yağışlar nəticəsində 14 nəfər ölüb

Braziliyada güclü yağışlar nəticəsində 14 nəfər ölüb Braziliyanın Rio-de-Janeyro ştatında güclü yağışlar nəticəsində 14 nəfər ölüb.
Digər ölkələr
3 aprel 2022 02:27
Braziliyada güclü yağışlar nəticəsində 14 nəfər ölüb

Braziliyanın Rio-de-Janeyro ştatında güclü yağışlar nəticəsində 14 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb.

“Güclü yağış zamanı ölənlərin sayı 14-ə çatıb, o cümlədən 5 nəfər itkin düşüb”, - yerli KİV bildirib.

Daha əvvəl 9 nəfərin öldüyü bildirilirdi.

Martın 31-də başlayan leysan yağışlar torpaq sürüşməsi və daşqınlara səbəb olub.

Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi