Braziliyada daha 34,1 min nəfərdə koronavirus aşkarlandı

Braziliyada daha 34,1 min nəfərdə koronavirus aşkarlandı Braziliyada son sutka ərzində koronavirusa 34177 yoluxma qeydə alınıb.
Digər ölkələr
18 İyul , 2020 06:19
Braziliyada daha 34,1 min nəfərdə koronavirus aşkarlandı

Braziliyada son sutka ərzində koronavirusa 34 177 yoluxma qeydə alınıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, bununla da ölkədə virusa yoluxma halları 2 046 328-ə çatıb.

Qeyd edilir ki, pandemiya ərzində ümumilikdə 77 851 insan virusdan ölüb. Son 24 saatda bu göstərici 1 163 nəfər təşkil edib. Eyni zamanda virusa yoluxmuş 1 321 036 pasiyent sağalıb.

Braziliya dünyada koronavirus qurbanlarının sayına görə ikinci yerdədir. Ölkə habelə COVID-19-a yoluxmaya görə yalnız ABŞ-dan geri qalır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi