Braziliyada COVID-19 xəstələrinin sayı 80 minə çatır

Braziliyada COVID-19 xəstələrinin sayı 80 minə çatır Braziliyada koronavirus xəstələrinin sayı bir gün ərzində 9% artıb.
Digər ölkələr
29 aprel 2020 22:48
Braziliyada COVID-19 xəstələrinin sayı 80 minə çatır

Braziliyada koronavirus xəstələrinin sayı bir gün ərzində 9% artıb.

“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da koronavirusa yoluxanların sayı 78 162-ə çatıb.

Ölkədə bir gün ərzində 6 276 nəfərdə koronavirusa yoluxma təsdiqlənib. Son 24 saatda COVID-19-dan 449 pasiyent ölüb. Bununla da Braziliyda koronavirusdan ölənlərin ümumi sayı 5 466 nəfərə çatıb. Məlumata görə, virusa yoluxmuş 34 132 pasiyent sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi