Braziliyada COVID-19 xəstələrinin sayı 1,7 milyonu ötdü

Braziliyada COVID-19 xəstələrinin sayı 1,7 milyonu ötdü Braziliyada koronavirusdan ölənlərin sayı 68 min nəfəri ötüb.
Digər ölkələr
131
9 İyul , 2020 02:43
Braziliyada COVID-19 xəstələrinin sayı 1,7 milyonu ötdü

Braziliyada koronavirusdan ölənlərin sayı 68 min nəfəri ötüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Məlumatda qeyd edilir ki, ölkədə virusa yoluxma hallarını sayı 1,7 milyonu ötüb.

Səhiyyə Nazirliyinin informasiyasına əsasən, son gün ərzində 44 571 yoluxma qeydə alınıb, daha 1 223 insan ölüb.

Braziliyada infeksiyaya yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 1 713 160-a çatıb, COVID-19-dan 67 964 pasiyent ölüb. Bununla yanaşı, 1 020 901 pasiyent sağalıb.

Braziliya koronavirusa yoluxanların və virusdan ölənlərin sayına görə dünyada ikinci yeri tutur.