Braziliyada COVID-19 qurbanların sayı 100 minə çatır

Braziliyada COVID-19 qurbanların sayı 100 minə çatır Braziliyada ötən gün ərzində yeni koronavirusdan 1 079 ölüm aşkarlanıb.
Digər ölkələr
1264
8 Avqust , 2020 04:57
Braziliyada COVID-19 qurbanların sayı 100 minə çatır

Braziliyada ötən gün ərzində koronavirusdan 1 079 ölüm aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən TASS xəbər verib.

Qeyd edilir ki, bununla da ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 99 572-yə çatıb.

Nazirliyin məlumatına əsasən, Braziliyada son 24 saat ərzində COVID-19-a 50 230 yeni yoluxma qeydə alınıb. Ölkədə pandemiya ərzində koronavirusa 2 962 442 yoluxma təsdiqlənib.

Bu halda 794 476 insan aktiv COVID-19 daşıyıcısıdır.

Orphus sistemi