Braziliyada COVID-19 daşıyıcılarının sayı 188 mini ötdü

Braziliyada COVID-19 daşıyıcılarının sayı 188 mini ötdü Braziliyada koronavirusa yoluxanların sayı yenidən artıb.
Digər ölkələr
14 may 2020 00:23
Braziliyada COVID-19 daşıyıcılarının sayı 188 mini ötdü

Braziliyada koronavirusa yoluxanların sayı yenidən artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 749 nəfər dünyasını dəyişib. Bununla da ölkədə koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 13,1 min nəfəri ötüb.

Bundan başqa 188 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Müalicə alan 78,4 min xəstə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi