Braziliyada “COVID-19”-a yoluxanların sayı 1 milyonu keçdi

Braziliyada “COVID-19”-a yoluxanların sayı 1 milyonu keçdi Braziliyada 54 771 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
20 İyun , 2020 02:12
Braziliyada “COVID-19”-a yoluxanların sayı 1 milyonu keçdi

Braziliyada 54 771 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi bildirib.

Amerika qitəsinin bu ölkəsində son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 206 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 1 032 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 507 200 nəfər müalicə olunaraq sağalıb, 48 954 nəfər vəfat edib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi