Braziliyada cinayətkarlar 17 avtobusu və 5 məktəbi yandırıblar

Braziliyada cinayətkarlar 17 avtobusu və 5 məktəbi yandırıblar Ölkədə qarışıqlıq yaratmaqda şübhəli bilinən 30 nəfər həbs olunub
Digər ölkələr
2 Oktyabr , 2016 07:40
Braziliyada cinayətkarlar 17 avtobusu və 5 məktəbi yandırıblar

Bakı. 2 oktyabr. REPORT.AZ/ Braziliyada mütəşəkkil cinayətkar qrupun üzvləri ölkədə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində Maranyan ştatında qarışıqlıq yaradaraq ictimai asayişi pozmağa cəhd göstəriblər.

"Report" "Globo" telekanalına istinadən xəəbər verir ki, cinayətkarlar 17 avtobusu və 5 məktəb binasını yandırıblar. Yandırılan məktəb binaları seçki məntəqələri kimi fəaliyyət göstərməli idi.

Ölkənin hüquq-mühafizə orqanları tərəfindən ictimai asayişi pozmaqda, qarışıqlıq yaratmaqda şübhəli bilinən 30 nəfər həbs olunub. Onlardan 16-nın həddi-buluğa çatmamış şəxslər olduğu bildirilir.

İstintaqın versiyasına görə, hücumlar yerli həbsxanalardan birinin məhbusları tərəfindən koordinasiya edilib. Cinayətkarların məqsədi bələdiyyə seçkilərinin keçirilməsinə maneçiliklər törətmək olub.

"Onlar qarşılarına seçkini pozmağı məqsəd qoyublar. Biz hələ bunun cinayətkarların nəyinə lazım olduğu sualına cavab verə bilmərik" – deyə regional təhlükəsizlik naziri Cefferson Portel açıqlamasına bildirib. 

Son xəbərlər

Orphus sistemi