Braziliyada koronavirus qurbanlarının sayı 50 minə çatır

Braziliyada koronavirus qurbanlarının sayı 50 minə çatır Braziliyada son sutkada koronavirusdan 1 000-dən çox insan ölüb.
Digər ölkələr
21 İyun , 2020 02:43
Braziliyada koronavirus qurbanlarının sayı 50 minə çatır

Braziliyada son sutkada koronavirusdan 1 000-dən çox insan ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə COVID-19-a 34 666 yeni yoluxma qeydə alınıb. Bununla da Cənubi Amerika ölkəsində koronavirus xəstələrinin ümumi sayı 1 067 579 nəfərə çatıb.

Qeyd edilir ki, son bir gün ərzində daha 1 022 insan təhlükəli infeksiyadan ölüb. COVID-19 epidemiyasının başlanğıcından Braziliyada 49 976 insan pandemiyanın qurbanı olub.

Eyni zamanda virusa yoluxmuş 520 mindən çox insan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi