Braziliyada bir gündə koronavirusa 15 mindən çox yoluxma qeydə alındı

Braziliyada bir gündə koronavirusa 15 mindən çox yoluxma qeydə alındı Braziliyada COVID-19 infeksiyasına yoluxanların sayı 218 223 nəfərə çatıb.
Digər ölkələr
16 May , 2020 03:50
Braziliyada bir gündə koronavirusa 15 mindən çox yoluxma qeydə alındı

Braziliyada COVID-19 infeksiyasına yoluxanların sayı 218 223 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, son 24 saat ərzində koronavirusa 15 mindən çox yoluxma qeydə alınıb. Ötən gün yeni virusdan 824 nəfər ölüb. Bununla da COVID-19-dan ölənlərin ümumi sayı 14 817 nəfərə çatıb. İndiyədək ölkədə virusa yoluxmuş 84 970 pasiyent sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi