Braziliyada bir gündə COVID-19-dan 1 000-ə yaxın insan ölüb

Braziliyada bir gündə COVID-19-dan 1 000-ə yaxın insan ölüb Braziliyada koronavirusdan ölənlərin sayı 22 013 nəfərə çatıb.
Digər ölkələr
191
24 May , 2020 06:45
Braziliyada bir gündə COVID-19-dan 1 000-ə yaxın insan ölüb

Braziliyada koronavirusdan ölənlərin sayı 22 013 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilir ki, son sutka ərzində ölkədə COVID-19-dan daha 965 nəfər ölüb.

Bu, istirahət günləri üçün ən yüksək nəticədir. Əhalinin hər 100 min nəfərinə ölüm hallarının sayı 10,5, ölüm səviyyəsi 6,3% təşkil edir.

Ölkədə virusa yoluxma hallarının sayı 347 398-dir. Son 24 saatda COVID-19-a 16,5 mindən çox yeni yoluxma təsdiq olunub.

İnfeksiyanın yayılmasının episentri San-Paulu və onun eyniadlı paytaxtıdır. İyirmi bir milyondan çox insanın yaşadığı regionda virusa 80,5 min yoluxma və 6 mindən çox ölüm qeydə alınıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirusa demək olar 5,4 milyon insan yoluxub, 343,5 min pasiyent virusun qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi