Braziliyada bəndin uçması nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb - FOTO

Braziliyada bəndin uçması nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb - FOTO Bakı. 28 yanvar. REPORT.AZ/ Braziliyada bəndin uçması nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
1417
28 Yanvar , 2019 03:27
Braziliyada bəndin uçması nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb - FOTO

Bakı. 28 yanvar. REPORT.AZ/ Braziliyada bəndin uçması nəticəsində ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters"ə faciənin baş verdiyi Minas-Jerays ştatının Mülki Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ölənlərin sayının artacağı gözlənilir.

Metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bənd Brumadinyu bələdiyyəsində cümə günü dağılıb. Yaxındakı evlərin sakinləri təxliyə edilib. Bir neçə ev palçıq axınları ilə dağılıb. Minas-Jerays ştatının hakimiyyət orqanları regionda üçgünlük matəm elan edib.

Daha əvvəl 50 nəfərin həlak olduğu, 287 nəfərin itkin düşdüyü bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi