Braziliyada 9 nəfər torpaq sürüşməsinin qurbanı olub, itkin düşənlər var

Braziliyada 9 nəfər torpaq sürüşməsinin qurbanı olub, itkin düşənlər var Bakı. 11 noyabr. REPORT.AZ/ Braziliyada bir neçə nəfər torpaq sürüşməsinin qurbanı olub, xeyli sayda insan xəsarət alıb.
Digər ölkələr
11 Noyabr , 2018 02:58
Braziliyada 9 nəfər torpaq sürüşməsinin qurbanı olub, itkin düşənlər var

Bakı. 11 noyabr. REPORT.AZ/ Braziliyada bir neçə nəfər torpaq sürüşməsinin qurbanı olub, xeyli sayda insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə RCN radiostansiyası xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, son iki gündə Rio-de-Janeyro ştatında güclü yağışlar yağıb. Təbii hadisədən ən çox Nitero bələdiyyəsi zərər çəkib. Məlumata görə, torpaq sürüşməsi zamanı 9 nəfər ölüb, daha 2 nəfər itkin düşüb.

Rio-de-Janeyronun mülki müdafiə xidmətinin rəhbəri Roberto Robadiu 11 nəfərin xilas edildiyini bildirib. O, qeyd edib ki, xilas edilənlər xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlar arasında 1 körpə və 2 uşaq da var.

Ərazidə 200 mütəxəssis işləyir. Axtarış-xilasetmə əməliyyatı azı 48 saat davam edəcək.

Son xəbərlər

Orphus sistemi