Yuxarı
    Bağlamaq

    Braziliyada 56 məhkum həbsxanadan qaçıb

    Hadisə Riu-Qrandi-du-Norti ştatındakı Alkasis həbsxanasında baş verib

    Bakı. 26 yanvar. REPORT.AZ/ Braziliyada 56 məhkum həbsxanadan qaçıb.

    "Report"un məlumatına görə, bu barədə "Globo" telekanalı xəbər verib.

    Məlumata görə, hadisə Riu-Qrandi-du-Norti ştatındakı Alkasis həbsxanasında baş verib. Bu, 26 nəfərin ölümü nəticələnmiş qiyamın baş verdiyi həbsxanadır.

    Bu, cari ilin əvvəlindən Braziliya həbsxanasında baş vermiş növbəti hadisədir. Qeyd edək ki, yanvarın 23-də də Braziliyada 14 məhkum həbsxanadan qaçmışdı. Hadisə ölkənin mərkəzi hissəsində, Qoyas ştatında qeydə alınıb. Belə ki, məhkumlardan biri gözlənilmədən həbsxana nəzarətçilərinə hücum edərək onun silahını əlindən alıb. Bundan sonra isə digər nəzarətçidən penitensiar müəssisənin qapısını açmağı tələb edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi