Braziliyada 36 avtomobil toqquşub: ölənlər və yaralananlar var

Braziliyada 36 avtomobil toqquşub: ölənlər və yaralananlar var Hadisə zamanı 20 nəfər xəsarət alıb
Digər ölkələr
31 Avqust , 2017 02:40
Braziliyada 36 avtomobil toqquşub: ölənlər və yaralananlar var

Bakı. 31 avqust. REPORT.AZ/ Braziliyada 36 avtomobilin toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə Jakarei şəhəri yaxınlığında, yanğınla əlaqədar yaranmış güclü tüstü səbəbindən baş verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı həmçinin 2 nəfər ölüb. Pis görmə şəraitində yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsini idarə edə bilməyib və çoxsaylı avtomobillərin toqquşmasına səbəb olub.

Hazırda hadisə yerində xilasedicilər işləyir. 

Son xəbərlər

Orphus sistemi