Braziliyada həbsxanadan 300-ə yaxın məhbus qaçıb

Braziliyada həbsxanadan 300-ə yaxın məhbus qaçıb Dustaqların sayı tam dəqiqləşdirilməyib
Digər ölkələr
18 Oktyabr , 2016 05:28
Braziliyada həbsxanadan 300-ə yaxın məhbus qaçıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Braziliyanın San-Paulu ştatının Frank-da Roş yaşayış məntəqəsindəki həbsxanadan 300-ədək məhkim qaçıb.

"Report"un məlumatına görə, bu barədə "Folha de São Pa" qəzetinin saytı xəbər yayıb.

Məlumatda bildirilir ki, həbsxanadan qaçanların sayı hələ tam dəqiqləşdirilməyib. Bu baxımdan onların sayı arta bilər.

Cinayətkarlar qaçmazdan əvvəl həbsxananın üç binasında yanğın təşkil ediblər. Məhbusların əksəriyyəti, həbsxananın psixiatrik xəstəxanasında olub.

Bundan əvvəl isə Rondoniya (ölkənin şimal hissəsi) ştatındakı həbsxanada baş vermiş qarışıqlıqlar zamanı səkkiz dustaq həlak olub.

Son xəbərlər

Orphus sistemi