Braziliyada 26 ştatdan 25-də elektrik enerjisi kəsilib

Braziliyada 26 ştatdan 25-də elektrik enerjisi kəsilib Avqustun 15-də Braziliyada 26 ştatdan 25-də, eləcə də ölkənin paytaxtı Brasiliyanın yerləşdiyi federal dairədə elektrik enerjisi kəsilib.
Digər ölkələr
15 avqust 2023 22:51
Braziliyada 26 ştatdan 25-də elektrik enerjisi kəsilib

Avqustun 15-də Braziliyada 26 ştatdan 25-də, eləcə də ölkənin paytaxtı Brasiliyanın yerləşdiyi federal dairədə elektrik enerjisi kəsilib.

“Report” xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Braziliyanın milli elektrik şəbəkəsi operatorunun məlumatına görə, insident yerli vaxtla təxminən səhər saat 8:30-da baş verib.

Braziliyanın cənubu, cənub-şərqi və şimalı və şimal-qərbi arasında sistemdə əlaqənin kəsilməsinə səbəb olan nasazlığın səbəbləri araşdırılır.

Elektrik enerjisi kəsilməyən yeganə ştat Roraymadır. Ştat ümumi sistemə qoşulmayıb. İndi bəzi ştatlarda elektrik enerjisi bərpa olunub, lakin ölkənin şimal və şimal-qərbində hələ də elektrik enerjisi yoxdur.

Son xəbərlər

Orphus sistemi