Yuxarı
    Bağlamaq

    ​Braziliyada 10 nazirlik ləğv olunacaq

    Bu addım hökumətin işinin səmərəliliyini artırmaq məqsədi ilə atılacaq

    Bakı. 25 Avqust. REPORT.AZ/ Braziliyada hökumətin işinin səmərəliliyini artırmaq məqsədi ilə hazırda fəaliyyət göstərən 39 nazirlikdən onu bağlanacaq.

    "Report" xəbər verir ki, bu barədə Cənubi Amerika respublikasının planlaşdırma naziri Nelson Barboza məlumat verib.

    Onun sözlərinə görə, bütün bu tədbirlər Braziliya prezidenti Dilma Rousseff tərəfindən nəzərdə tutulan "dövlət idarəçiliyi islahatları"nın bir hissəsi olacaq. Ehtimal edilir ki, onun reallaşdırılmasına bu ilin sentyabrından başlanacaq. İslahatların birinci hissəsi sayı son on il ərzində 26-dan 39-a yüksələn nazirliklərin sayının azaldılması olacaq.

    Barboza etiraf edib ki, bir sıra nazirliklərin bağlanması çətin iqtisadi dönəmdə xərcləri azaldacaq. Lakin o islahatlarda əsas məqsədin hökumətin işinin səmərəliliyinin və məhsuldarlığının artırılması olduğunu bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi