Braziliyada 10 mindən çox insanda koronavirus aşkarlandı

Braziliyada 10 mindən çox insanda koronavirus aşkarlandı Son bir gün ərzində Braziliyada COVID-19-a yoluxanların sayı 10 min nəfərdən çox artıb.
Digər ölkələr
331
8 Sentyabr , 2020 02:32
Braziliyada 10 mindən çox insanda koronavirus aşkarlandı

Son bir gün ərzində Braziliyada COVID-19-a yoluxanların sayı 10 min nəfərdən çox artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadən “RİA Novosti” agentliyi bildirib.

Son məlumatlara görə, respublikada bir gün ərzində yeni yoluxma halları 10 273 artıb. Pandemiyanın əvvəlindən ölkədə ümumilikdə 4 147 794 insan təhlükəli virusa yoluxub.

Məlumata görə, ölkədə 126 960 pasiyent pandemiyanın qurbanı olub, onlardan 310-u ötən gün ölüb. Bununla yanaşı, 3 355 564 pasiyent sağalıb.

Son xəbərlər

Orphus sistemi