Braziliya "Zika" virusu ilə mübarizəyə 200 min əsgər cəlb edib

Braziliya "Zika" virusu ilə mübarizəyə 200 min əsgər cəlb edib Əsgərlər bu virusun təhlükələri barədə əhalini xəbərdarlıq etmək üçün Braziliyanın müxtəlif rayonlarına göndərilib
Digər ölkələr
13 Fevral , 2016 10:32
Braziliya Zika virusu ilə mübarizəyə 200 min əsgər cəlb edib

Bakı. 13 fevral. REPORT.AZ/ 200 mindən çox əsgər "Zika" virusunun təhlükələri barədə əhalini xəbərdarlıq etmək üçün Braziliyanın müxtəlif rayonlarına göndərilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, hərbçilər milyonlarla evə baş çəkərək xəstəliyi yayan ağcaqanadlardan necə qorunmaq haqqında məlumatların yer aldığı vərəqələr paylayacaq.

Ölkə prezidenti Dilma Russeff bunun vaksin yaradılmayana qədər "Zika" virusunun yayılmasının qarşısını almaq üçün yeganə yol olduğunu bildirib.

Qeyd edək ki, cümə axşamı bu virusa yoluxduğuna görə Braziliyada üçüncü yetkin insan həyatını itirib.

Bu xəstəlik daha çox asimptomatik olur. Virus daha çox hamilə qadınlar üçün təhlükəlidir. Belə ki, bu virus yeni doğulacaq körpələrdə mikrosefaliyaya (bədənin digər hissələrinin normal ölçüdə olmasına baxmayaraq, kəllə sümüyünün xeyli kiçik ölçülü olması xəstəliyi - red.) səbəb ola bilər.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə artıq 462 mikrosefaliya halı təsdiqini tapıb, təxminən dörd min hal üçün bu diaqnoz göstərilir.

Son xəbərlər

Orphus sistemi