“Report” xəbər verir ki, təqribən 2 min etirazçı meqapolisin mərkəzi küçələrini bağlayaraq qanun keşikçiləri ilə toqquşmaya girib.
Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib. Sonda 32 nümayişçi saxlanılıb.
Nəticədə çoxsaylı bankomatlar, bank filialları və avtomobil salonları zərər çəkib. Qarşıdurmalar səbəbindən iki metro stansiyası bağlanıb.