Yuxarı

Braziliya rəsmiləri Olimpiya Oyunları ilə bağlı planlara aydınlıq gətirib

Zika virusunun yayılmasına qarşı Tədbirlər Planı hazırlanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərinin hakimiyyəti bu il keçiriləcək Olimpiya Oyunları zamanı "Zika" virusuna yoluxma faktlarının  qarşısını almaq üçün Tədbirlər planı hazırlayıb.

"Report" BBC-yə istinadən xəbər verir körpə uşaqlar arasında ağır fiziki qüsurlara səbəb olan bu xəstəlik həm Braziliyada, həm də xaricdə artan narahatlığına səbəb olub.

Olimpiya komplekslərinin müfəttişliyi xəstəliyi yayan ağcaqanadları məhv etmək üçün Olimpiya oyunlarından dörd ay əvvəl dezinfeksiya tədbirləri həyata keçirəcək.

Bununla belə dərmanlama yalnız atletlərin və qonaqların sağlamlığında şübhələr yarandığında aparılacaq.

Braziliyanın Səhiyyə Nazirliyi bildirir ki, Oyunların avqustda, havanın sərin, quru olduğu zaman keçiriləcəyindən ağcaqanadların sayı da az olacaq, bu isə o deməkdir ki, virusa yoluxma halları da azala bilər.

Bundan əvvəl ABŞ-ın səhiyyə qurumu hamilə qadınlara Kolumbiya, Ekvador, El Salvador və Yamayka da daxil olmaqla, "Zika"ya yoluxma hallarının qeydə alındığı 20 ölkəyə getməmək xəbərdarlığı edib.

Virus Braziliyada başlayıb. Bu günə kimi dörd minə yaxın körpə "mikrosefaliya" və ya qeyri-adi kiçik başla doğulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi