Yuxarı

Braziliya prezidentinin tərəfdarları və əleyhdarları paytaxda çadır düşərgələri yaradır

Prezidentin əleyhdarları küçələrdə çadırlar yaradaraq onun içində gecələyirlər

Bakı. 14 aprel. REPORT.AZ/Braziliyanın paytaxtı Brazilia şəhərində xeyli sayda böyük çadır düşərgələri yaradılıb.

"Report" xəbər verir ki, prezident Dilma Ruseffin tərəfdarları Milli Konqresdə prezidentin impiçmenti haqqında məsələnin müzakirəsinin başlanacağını gözləyərək müvəqqəti çadırlar qurublar.

Eyni zamanda prezidentin əleyhdarları da küçələrdə çadırlar yaradaraq onun içində gecələyirlər.

Hakimiyyət nümayəndələri mübarizə edən tərəflər arasında mümkün toqquşmaların qarşısını almaq üçün xüsusi baryerlər yaradıb.

Ruseffin impiçmenti ilə bağlı məsələ Milli Konqresdə aprelin 17-də müzakirəyə çıxarılacaq. Artıq parlament komissiyası büdcə qanununun pozulmasına görə prezidentin impiçmentinə səs verib. 

Parlamentin 65 deputatının 38-i impiçmentə tərəfdar olduğunu bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi