​Braziliya prezidenti şəxsi əşyalarını saraydan daşıtdırır

​Braziliya prezidenti şəxsi əşyalarını saraydan daşıtdırır Bu təklifin qəbul edilməsi üçün 41 senatorun lehinə səs verməsi lazımdır
Digər ölkələr
12 May , 2016 10:17
​Braziliya prezidenti şəxsi əşyalarını saraydan daşıtdırır

Bakı. 12 may. REPORT.AZ/ Braziliya prezidenti Dilma Rousseff senatda etimadsızlıqla bağlı səsvermənin yekununu gözləmədən prezident sarayındakı şəxsi əşylarının daşınması haqda tapşırıq verib.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Qeyd edək ki, ölkə parlamentinin Yuxar Palatasında çıxış edən 35 senatordan 28-i artıq prezidentin 180 gün tutduğu vəzifədən uzaqlaşdırılmasını istəyib. Bu təklifin qəbul edilməsi üçün 41 senatorun lehinə səs verməsi lazımdır.

Braziliya prezidentinin "Planalto" sarayında "Palacio de la Alvorrada" iqamətgahındakı müxtəlif rəsm əsərləri, bəzək əşyaları Rousseffə məxsusudur.

Mayın 12-də senat prezidentə impicmentin lehinə səs verərsə, o zaman Rousseff azı yarım ilə sarayı tərk edə bilər.

Son xəbərlər

Orphus sistemi