Braziliya prezidenti sənədlərlə əlaqədar pensiyadan məhrum olub

Braziliya prezidenti sənədlərlə əlaqədar pensiyadan məhrum olub Bakı. 2 fevral. REPORT.AZ/ Braziliya Prezidenti Mişel Temer müvafiq dövlət orqanlarına sağ olması ilə bağlı sənədli sübut təqdim edə bilmədiyinə görə pensiya almaqdan məhrum olub.
Digər ölkələr
2 Fevral , 2018 09:33
Braziliya prezidenti sənədlərlə əlaqədar pensiyadan məhrum olub
Beto Barata/PR

Bakı. 2 fevral. REPORT.AZ/ Braziliya Prezidenti Mişel Temer müvafiq dövlət orqanlarına sağ olması ilə bağlı sənədli sübut təqdim edə bilmədiyinə görə pensiya almaqdan məhrum olub.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

M.Temer pensiyaya 1999-cu ildə San Pauluda çıxıb, buna qədər o, ştat prokuroru vəzifəsində çalışıb.

Braziliya Prezidentinin Administrasiyasından bildiriblər ki, dövlət başçısı iş qrafikinin ağır olması ilə əlaqədar proseduru keçə bilməyib. 

Hazırda isə lazım olan bütün sənədlərin müvafiq orqanlara göndərildiyi açıqlanıb.

Son xəbərlər

Orphus sistemi