Braziliya prezidenti ölkənin sərhədlərini açmağı təklif etdi

Braziliya prezidenti ölkənin sərhədlərini açmağı təklif etdi Braziliya prezidenti Jair Bolsonaru koronavirus pandemiyasına baxmayaraq ölkənin qonşu dövlətlərlə sərhədlərinin açılmasını təklif edib.
Digər ölkələr
515
17 Aprel , 2020 23:38
Braziliya prezidenti ölkənin sərhədlərini açmağı təklif etdi

Braziliya prezidenti Jair Bolsonaru koronavirus pandemiyasına baxmayaraq ölkənin qonşu dövlətlərlə sərhədlərinin açılmasını təklif edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, Jair Bolsonaru yeni Səhiyyə nazirinin andiçmə mərasimi zamanı müvafiq təşəbbüslə çıxış edib.

“İnanıram ki, sərhədləri açmaq lazımdır, biz, şübhəsiz ki, bunu nazirlərlə müzakirə edəcəyik. Paraqvayla sərhəd niyə bağladır? İdarə edilməsi mümkün olmayan torpaq sərhədi mövcuddur. Uruqvayla da eyni vəziyyətdir”-deyə, dövlət başçısı bildirib.

Onun fikrincə, icrası təmin edilməyən qərarın verilməsi özü mənasızdır. 

Son xəbərlər

Orphus sistemi