Braziliya prezidenti istefaya getməyəcəyini açıqlayıb

Braziliya prezidenti istefaya getməyəcəyini açıqlayıb Dilma Rusef: "Mən təslim olmayacağam, mənim şərəf və ləyaqətim var"
Digər ölkələr
9 İyul , 2016 09:57
Braziliya prezidenti istefaya getməyəcəyini açıqlayıb

Bakı. 9 iyul. REPORT.AZ/ Braziliya prezidenti Dilma Rusef könüllü istefaya getməyəcəyini açıqlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, San-Pauluda feminist hərəkatının nümayəndələri ilə görüşdə deyib: "Mən təslim olmayacağam, mənim şərəf və ləyaqətim var". 

Xatırladaq ki, D.Rusef may ayında Braziliya Senatının qərarı ilə 180 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb və onun vəzifəsini müvəqqəti olaraq vitse-prezident Mişel Temer icra edərək yeni kabinet formalaşdırıb. Avqust ayında Senatda Braziliya prezidentinin yekun impiçmenti ilə əlaqədar məsələyə baxılması nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi