Braziliya prezidenti 6 naziri istefaya göndərib

Braziliya prezidenti 6 naziri istefaya göndərib Braziliya prezidenti Jair Bolsonaru hökumətdə genişmiqyaslı dəyişikliklər edib
Digər ölkələr
30 Mart , 2021 10:19
Braziliya prezidenti 6 naziri istefaya göndərib
Jair Bolsonaru

Braziliya Prezidenti Jair Bolsonaru hökumətdə genişmiqyaslı dəyişikliklər edib.

“Report” “dw”yə istinadən xəbər verir ki, prezident 6 naziri istefaya göndərib.

Onların arasında xarici işlər naziri Ernestu Arauju da var. O, ölkəyə COVID-19-a qarşı əlavə vaksinin tədarükünü təmin edə bilmədiyi üçün deputatlar tərəfindən kəskin tənqid olunmuşdu. Karlos Albertu Franku Braziliyanın yeni xarici işlər naziri təyin edilib.

Müdafiə naziri Fernandu Azevedu-i-Silva da istefaya göndərilib. Onu prezident administrasiyasının başçısı Uolter Braqa Nettu əvəzləyib.

Braziliyanın ədliyyə və ictimai təhlüksizlik naziri və baş prokuoru da istefaya göndərilib.

Son xəbərlər

Orphus sistemi