Braziliya İndoneziyadan səfirini geri çağırıb

Braziliya İndoneziyadan səfirini geri çağırıb Bu addım Braziliya vətəndaşının edam edilməsinə cavab olaraq atılıb
Digər ölkələr
18 Yanvar , 2015 03:24
Braziliya İndoneziyadan səfirini geri çağırıb

BAKI. 18 yanvar. REPORT.AZ/ Narkotik vasitələrdən istifadə və yayılmaya görə ölüm cəzasının tətbiq edildiyi İndoneziyada 2004-cü ildə həbs olunaraq güllələnməyə məhkum olunan 53 yaşlı Braziliya vətəndaşı Mark Arçir Kardozu Moreyra ötən gün edam edilib.

"Report"-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna cavab olaraq Braziliya höküməti Cakartadaki səfirini geri çağırıb.

Braziliya prezidenti Dilma Russef şəxsən İndoneziyalı həmkarı Coko Vidodoya zəng vuraraq edam cəzasının ləğv edilməsini xahiş etsə də rəsmi Cakarta qərarını dəyişməyib. Vatikanın məsələyə qarışması da vəziyyəti dəyişməyib və məhkəmə qərarı icra olunub.

Braziliya höküməti isə bəyan edib ki Cakartanın bu addımı İndoneziya-Braziliya münasibətlərinə ciddi zərbə vurub.

Xatırladaq ki, Mark Arçir Kardozu Moreyra 2004-cü ildə 13 kiloqram kokaini gizli yolla İndioneziyaya keçirməyə çalışıb.

Hazırda İndoneziyada daha bir Braziliya vətəndaşı eyni maddə ilə edam qərarının tətbiqini gözləyir.

Son xəbərlər

Orphus sistemi