Bakı. 18 noyabr. REPORT.AZ/ Braziliya ekoloji fəlakət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. O, Dosye çayının bəndlərinin uçması və ərazilərin metallurgiya istehsalı tullantıları altında qalması səbəbindən 200-dən çox şəhərə aid edilib.
"Report" "Noticias MVS" portalına istinadən xəbər verir ki, ümumilikdə təqribən 62 kvadratmetr ərazi çirklənib.
Fəlakət noyabrın əvvəlində baş verib. Son məlumatlara görə, 10 nəfər ölüb, 15 nəfər əvvəlki kimi itkin düşmüş hesab edilir.
Prezident Dilma Rousseff bəyan edib ki, ölkə hakimiyyəti zərər çəkən çayın flora və faunasının bərpası üzrə xüsusi proqram hazırlayacaq. Ekoloq ekspertlər hesab edirlər ki, bütün fəsadların aradan qaldırılmasına 100 il vaxt lazım gələcək.