"Report" Rusiya KİV-inə əsasən, xəbər verir ki, tərəflər qazın tədarükü ilə bağlı yekun qərar əldə etməyiblər.
RF-nin energetika naziri Aleksandr Novak qeyd edib ki, Rusiya əvvəlcədən ödəmə şərtilə Ukrayna ilə qaz planı imzalamağa hazırdır.
Öz növbəsində "Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, Rusiya, Ukrayna və Avropa İttifaqı arasında üçtərəfli protokolun bütün prinsipial müddəaları tərəflərin hər üçü tərəfindən razılaşdırılıb. Onun sözlərinə görə, Ukrayna və Avropa Komissiyası arasında Rusiya qazının ödənilməsinin maliyyə zəmanətlərinə dair protokol razılaşdırılmayıb. Həmin protokol olmadan digər sənədlər imzalanmayacaq.
Danışıqlar bu gün davam edəcək.