Yuxarı

BQXK: "Şimali Koreya humanitar fəlakətin astanasındadır"

Daşqınlar nəticəsində kənd təsərrüfatı məhsullarının bir hissəsi, çoxlu sayda sakinin evi məhv olub

Bakı. 13 sentyabr. REPORT.AZ/ Şimali Koreya baş verən daşqın nəticəsində humanitar fəlakət astanasındadır.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) bildirib.

Hökumət təbii fəlakət nəticəsində 133 nəfərin öldüyü, 400 nəfərin itkin düşdüyü, on minlərlə insanın hadisə baş verən bölgəni tərk etdiyi haqda məlumat yayıb.

Xəbərdə bildirilib ki, daşqınlar nəticəsində kənd təsərrüfatı məhsullarının bir hissəsi, çoxlu sayda sakinin evi məhv olub.

Məlumata görə, xilasedicilər təbii fəlakət bölgəsinə hələ də çata bilməyib.

BQXK-nin bəyanatında qeyd olunub ki, Şimali Koreyadakı hakimiyyət əhalinin ərzaqla təmin edə bilmirdi, təbii fəlakət isə bu problemi daha da ağırlaşdırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi