​BP-nin ödəyəcəyi cərimənin məbləği açıqlanıb

​BP-nin ödəyəcəyi cərimənin məbləği açıqlanıb Neft şirkəti 20 milyard 800 milyon dollar məbləğində cərimə ödəyəcək
Digər ölkələr
6 Oktyabr , 2015 15:23
​BP-nin ödəyəcəyi cərimənin məbləği açıqlanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Britaniyanın BP neft şirkəti 20 milyard 800 milyon dollar məbləğində cərimə ödəyəcək.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi ilə BP arasında gedən məhkəmə çəkişməsi nəticəsində neft şirkətinin 20 milyard 800 milyon dollar məbləğində təzminat ödəməsinə dair razılıq əldə edilib.

Qeyd edək ki, 2010-cu il aprelin 20-də Meksika körfəzində BP şirkətinin neft platformasında baş vermiş partlayış nəticəsində 11 nəfər ölmüşdü. Partlayışdan sonra baş verən qəzanın nəticələri 85 gün ərzində aradan qaldırılmışdı.

ABŞ hökuməti dəyən ziyana görə şirkətdən 5 əyalətinə təzminat ödəməsini tələb edirdi. 

Son xəbərlər

Orphus sistemi