​"Böyük yeddilik" KXDR-in nüvə proqramını müzakirə edəcək

​"Böyük yeddilik" KXDR-in nüvə proqramını müzakirə edəcək "Dünya KXDR-in sabitliyi pozan və təxribatçı davranışlarından narahatdır"
Digər ölkələr
17 May , 2016 23:44
​Böyük yeddilik KXDR-in nüvə proqramını müzakirə edəcək

Bakı. 17 May. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı "Böyük yeddilik" (G7) liderlərinin Yaponiyada keçiriləcək görüşündə müzakirə ediləcək. "Report" xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest məlumat verib.

"Bu məsələ Yaponiyada müzakirəyə çıxarılacaq. Dünya KXDR-in sabitliyi pozan və təxribatçı davranışlarından narahatdır" - deyə o bildirib.

Coş Ernest əlavə edib ki, xüsusən ABŞ-ın əsas partnyorlarından olan Yaponiya mövcud vəziyyətdən narahatdır. O, bununla yanaşı qeyd edib ki, sanksiyalar Koreya Xalq Demokratik Respublikasının daha çox təcrid edilməsinin gücləndirilməsinə və onun hökumətinə təzyiq göstərməyə imkan yaradıb.

Ağ Ev rəsmisi həmçinin vurğulayıb ki, sanksiyaların tətbiqi ABŞ və Çinin əməkdaşlığı olmadan qeyri-mümkün olardı. "Biz bu istiqamətdə dünya birliyinin digər hissəsilə də işləyəcəyik", - deyə o, bildirib.

Qeyd edək ki, "Böyük yeddiliy"in sammiti mayın 25-26-da Almaniya, Kanada, Böyük Britaniya, İtaliya, Yaponiya, Fransa və ABŞ dövlət başçılarının iştirakilə keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi