Yuxarı
    Bağlamaq

    Böyük Britaniyaya miqrasiya rekord səviyyəyə yaxınlaşır

    Bu barədə hökumətin Aİ-dən çıxmaq barədə referendum ərəfəsində yaydığı son hesabatında deyilir

    Bakı. 26 may. REPORT.AZ/ Böyük Britaniyaya miqrasiya demək olar rekord səviyyəyə çatıb. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə hökumətin Aİ-dən çıxmaq barədə referendum ərəfəsində yaydığı son hesabatında deyilir.

    Ölkəyə miqrant axınının tarixi rekordu - il ərzində 336 min nəfər göstərici ilə ötən ilin iyun ayında qeydə alınıb. Yeni hesabatda göstərilib ki, həmin vaxtdan bəri ölkəyə 333 min miqrant daxil olub.

    Qeyd edək ki, miqrasiya və miqrantların hüquqları məsələləri Böyük Britaniyanın Avropa İttifaqından çıxması ətrafında aparılan müzakirələrin mərkəzində duran problemlərdən biridir.

    Britaniya hökuməti Aİ-dən olan miqrantların ölkədə olduğu ilk 4 il ərzində müəyyən müavinətlər almasına qadağa qoyulmasını təklif edir. Amma Avropa Komissiyası artıq bu təklifi çox problemli adlandırıb.

    Hazırda Britaniya hökumətinə yaxın 4 il ərzində belə desək, "təcili əyləc"dən istifadə etmək və xüsusi hallarda miqrantların sosial xidmətlərə girişini məhdudlaşdırmaq hüququnun verilməsi müzakirə edilir.

    Xatırladq ki, Britaniyanın Aİ-dəki üzvlüyü ilə bağlı referendum iyunun 23-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi