Böyük Britaniyanın Mühafizəkarlar Partiyası yeni liderini seçir

Böyük Britaniyanın Mühafizəkarlar Partiyası yeni liderini seçir Beş namizəd arasında hələlik daxili işlər naziri Tereza Mey daha çox populyardır
Digər ölkələr
5 İyul , 2016 17:23
Böyük Britaniyanın Mühafizəkarlar Partiyası yeni liderini seçir

Bakı. 5 iyul. REPORT.AZ/ Böyük Britaniya parlamentinin Mühafizəkar Partiyasından olan deputatları bu gün ölkənin baş naziri olacaq yeni liderin seçilməsi prosesinə başlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, 330 deputata səsvermə üçün tam iş günü (11:00-dan 18:00-dək, Bakı vaxtı ilə 21:00-dək) veriləcək.

Seçki zamanı hər mərhələdə daha az səs toplamış namizəd mübarizədən kənarlaşır. Parlament üzvlərinin dəstəyini qazanmış 2 namizəd arasında seçimi isə sıravi partiya üzvləri həyata keçirəcək.

Beş namizəd arasında hələlik daxili işlər naziri Tereza Mey daha çox populyardır.

Xatırladaq ki, iyunun 23-də keçirilmiş referdumda seçicilərin çoxunun Avropa İttifaqından çıxmaqla bağlı qərara səs verməsindən iyunun 24-də Böyük Britaniyanın baş naziri Devid Kemeron bu ilin oktyabrında istefa vermək niyyətini bəyan edib.

Son xəbərlər

Orphus sistemi