Böyük Britaniyanın müdafiə naziri istefa verib

Böyük Britaniyanın müdafiə naziri istefa verib O, keçmiş davranışı ilə bağlı iddialara görə bu addımı atıb
Digər ölkələr
1 Noyabr , 2017 23:45
Böyük Britaniyanın müdafiə naziri istefa verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon istefa verib.

"Report" xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, nazir keçmişdəki davranışı ilə bağlı iddialar səbəbindən bu addımı atıb. Maykl Fallon qeyd edib ki, keçmişdəki davranışı Böyük Britaniyanın Müdafiə Nazirliyinin standartlarına uyğun olmayıb.

O, həmçinin əlavə edib ki, baş nazir və parlamentin indi bu məsələyə ciddi yanaşması düzgün addımdır.

Son xəbərlər

Orphus sistemi