Yuxarı

Böyük Britaniyanın baş naziri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin mümkün olduğunu bildirib

Əgər Rusiya Ukraynanın azadlığı və müstəqilliynə qarşı konstruktiv mövqe alarsa, biz sanksiyaların ləğv olunmasını müzakirə edə bilərik

Bakı. 14 noyabr. REPORT.AZ/ Qərbin Rusiyaya qarşı sanksiyaları həm sərtləşdirilə, həm də ləğv edilə bilər. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

"Əgər Rusiya Ukraynanın azadlığı və müstəqilliyinə qarşı konstruktiv mövqe alarsa, biz sanksiyaların ləğv olunmasını müzakirə edə bilərik. Yox, əgər Rusiya vəziyyəti gərginləşdirməyə davam edərsə, biz sanksiyaları sərtləşdirəcəyik. Hər şey çox bəsitdir" - deyə, Kemeron qeyd edib. 

Bununla belə, britaniyalı baş nazir rusların Ukraynaya "müstəqil və azad ölkə kimi inkişaf etməyə, öz seçimində azad olmağa" imkan verəcəklərinə ümidvar olduğunu bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi