Böyük Britaniyanın baş naziri özünün ən pis hərəkətindən danışıb - FOTO

Böyük Britaniyanın baş naziri özünün ən pis hərəkətindən danışıb - FOTO Böyük Britaniyanın baş naziri Boris Conson özünün ən pis hərəkətindən danışıb.
Digər ölkələr
8 Dekabr , 2019 16:02
Böyük Britaniyanın baş naziri özünün ən pis hərəkətindən danışıb - FOTO

Böyük Britaniyanın baş naziri Boris Conson özünün ən pis hərəkətindən danışıb.

“Report”un məlumatına görə, bu barədə o, “Sky News”un efirindəki müsahibəsində etiraf edib.

"Ola bilər, velosipeddə gedəndə səki üzrə hərəkəti qadağan edən qanuna riayət etmirdim, artıq öyrəşmişdim", - deyə baş nazir etiraf edib.

Boris Conson bəzən yol hərəkəti qaydalarını pozduğunu etiraf edib. Baş nazirin sözlərinə görə, o özü belə, bu cür davranışı bəyənmir.

"Amma mən bəzən sadəcə səkiyə çıxıram", - deyə o əlavə edib.

Qeyd edək ki, Boris Conson Britaniyanın xarici işlər naziri vəzifəsində çalışarkən işə velosipeddə gedirdi. O, habelə nazirlikdən də evinə velosipeddə qayıdırdı. Lakin 2016-cı ildə polis siyasətçinin terrorçuların hədəfi ola biləcəyini nəzərə alaraq, bunu ona qadağan edib. 

Son xəbərlər

Orphus sistemi