Böyük Britaniyada 26 il sonra qadın baş nazir olacaq

Böyük Britaniyada 26 il sonra qadın baş nazir olacaq Buna qədər Britaniyada bu vəzifəyə cəmi bir dəfə qadın seçilib – Marqaret Tetçer
Digər ölkələr
7 İyul , 2016 20:13
Böyük Britaniyada 26 il sonra qadın baş nazir olacaq

Bakı. 7 iyul. REPORT.AZ/ Böyük Britaniyada 26 il sonra qadın baş nazir olacaq. “Report” TASS agentliyinə istinadən xəbər verir ki, buna konservator-deputatların bu gün baş tutan səsverməsinin nəticələri deməyə əsas verir.

Nəticədə seçki kampaniyasının final mərhələsinə iki qadın namizəd – ölkənin daxili işlər naziri Tereza Mey və energetika və iqlim dəyişikliyi nazirinin müavini Andrea Lids seçiliblər.

Mey birpartiyalılardan 199 səs, Lids isə 84 səs toplayıb.

Buna qədər Britaniyada bu vəzifəyə cəmi bir dəfə qadın seçilib – Marqaret Tetçer (1925-2013). O hökuməti 1979-cu ildən 1990-cı ilə qədər idarə edib.

Yeni baş nazirin kimliyinə sentyabrın 9-da aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi