Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyü ilə bağlı razılaşma əldə olunub

Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyü ilə bağlı razılaşma əldə olunub "Razılaşma əldə olundu. Drama yekunlaşdı"
Digər ölkələr
20 Fevral , 2016 01:19
Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyü ilə bağlı razılaşma əldə olunub

Bakı. 20 fevral. REPORT.AZ/ Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyü ilə bağlı razılaşma əldə olunub.  "Report"un məlumatına görə, bu haqda məlumatı Litvanın prezidenti Dalya Qribauskayte öz Twitter səhifəsində paylaşıb.

"Razılaşma əldə olundu. Drama yekunlaşdı", - sözlərini yazan Qribauskayte, qərarın Brüsseldə Aİ liderlərinin iştirakı ilə keçirilən şam yeməyində əldə olunduğunu qeyd edib.

Britaniya baş naziri Devid Kemeronun Avropa İttifaqına üzv digər ölkələrlə razılaşdırmağa çalışdığı islahatlar paketi dörd sahəni - rəqabətlilik, suverenlik, sosial siyasət və iqtisadi idarəetmə sahələrini əhatə edirdi. Ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı planlaşdırılan referendumun nəticəsi əsas etibarilə bu islahatların razılaşdırılmasından asılı idi. 

Son xəbərlər

Orphus sistemi