Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Darrok ölkəsinin
“Report” AP-yə istinadən xəbər verir ki, ərizəsində diplomat səlahiyyət müddəti hələ başa çatmasa da, hazırkı vəziyyətdə yerini başqasına verərək çıxıb getməyin daha məsuliyyətli addım olacağını bildirib.
Xatırladaq ki, iyunun 7-də səfir K.Darrokun ABŞ prezidenti Donald Trampı qabiliyyətsiz, etibarsız, səriştəsiz olaraq səciyyələndirməsini əks etdirən sənədlər mediaya yol tapmışdı. Ertəsi gün - iyunun 8-də isə prezident D.Tramp K.Darrok ilə artıq çalışmayacaqlarını açıqlamışdı.