Yuxarı

Böyük Britaniyanın ən böyük zavodunda güclü partlayış olub - VİDEO

Partlayışdan sonra yanğın baş verib, onu söndürmək mümkün olub

Bakı. 11 fevral. REPORT.AZ/ Uelsin Port Tolbot şəhərində "Tata Steel" metallurgiya korporasiyasına məxsus zavodda güclü partlayış olub. Partlayışdan sonra baş vermiş yanğını isə yanğınsöndürənlər söndürə bilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Uels yanğından mühafizə xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fövqəladə vəziyyətin aradan qaldırılması üçün hadisə yerinə altı yanğın briqadası göndərilib.

Qeyd edək ki, bu ilin yanvar ayında "Tata Steel" poladın qiymətinin düşməsiylə əlaqədar xərclərin artması fonunda Port Talbotdakı zavodda 750 iş yerini ixtisara salmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi