Böyük Britaniyada YUNESKO-dan çıxmaq təklif edilib

Böyük Britaniyada YUNESKO-dan çıxmaq təklif edilib Britaniyalı nazir 2019-cu ildən sonra maliyyələşdirmənin dayandırılmasını təklif edib
Digər ölkələr
13 Noyabr , 2018 12:13
Böyük Britaniyada YUNESKO-dan çıxmaq təklif edilib
The Times

Bakı. 13 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın beynəlxalq inkişaf naziri Penni Mordont Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Agentliyi olan YUNESKO-dan çıxmağın tərəfdarıdır.

"Report" "The Times"a istinadən xəbər verir ki, o, kabinet üzvlərinə müraciətində YUNESKO-nun maliyyə yardımı göstərmə meyarlarına cavab vermədiyini bəyan edib və 2019-cu ildən sonra maliyyələşdirmənin dayandırılmasını təklif edib.

Qeyd edək ki, Böyük Britaniyanın təşkilatın büdcəsinə ayırdığı illik ianə 11,1 milyon funt (14,3 milyon ABŞ dollar) təşkil edir.

Nəşr yazır ki, indi Baş nazir Tereza Mey və ekologiya naziri Maykl Qouv, eləcə də etirazını Avropa İttifaqından çıxışdan sonra Böyük Britaniyanın nüfuzunu gücləndirmək istəyi ilə əsaslandıran Xarici İşlər Nazirliyi bu təşəbbüsün əleyhinə çıxış ediblər. 

İngilis versiyası UK was called to quit UNESCO

Son xəbərlər

Orphus sistemi