Böyük Britaniyada yeni referendum üçün artıq yarım milyon imza toplanıb

Böyük Britaniyada yeni referendum üçün artıq yarım milyon imza toplanıb Qanuna görə, petisiyanın parlamentdə müzakirəyə çıxarılması üçün 100 min imza lazımdır
Digər ölkələr
25 İyun , 2016 10:15
Böyük Britaniyada yeni referendum üçün artıq yarım milyon imza toplanıb

Bakı. 25 iyun. REPORT.AZ/ Böyük Britaniyada Avropa inteqrasiyası tərəfdarları onlayn petisiya vasitəsilə imza toplamağa başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, petisiyada parlamentarilərin Birləşmiş Krallığın Avropa İttifaqındakı üzvlüyü məsələsi ilə bağlı yeni referendumun keçirilməsinə qərar verməsinə çağırış var.

"Biz, aşağıda imza edənlər hökuməti Böyük Britaniyanın Aİ üzvlüyü ilə bağlı referendumun nəticələrinin lehinə və ya əleyhinə 60%, seçki fəallığının isə 75% təşkil etməyəcəyi təqdirdə yeni referendumun keçirilməsi qaydasını tətbiq eləməyə çağırırıq", - petisiyanın müraciətində deyilir.

Maraqlıdır ki, internet istifadəçilərinin kütləvi axını ilə əlaqədar olaraq müraciətin yerləşdirildiyi Britaniya parlamentinin saytının fəaliyyəti müvəqqəti dayandırılıb.

Bakı vaxtı ilə 07:49-a olan məlumata görə, artıq petisiyanı 537 min 970 nəfər imzalayıb. Hərçənd qanuna görə, petisiyanın parlamentdə müzakirəyə çıxarılması üçün 100 min imza lazımdır. Başqa sözlə, deputatlar gələn həftə keçiriləcək parlament iclasında bu məsələni nəzərdən keçirə bilər.

Qeyd edək ki, cümə axşamı Britaniyada keçirilmiş referendumda Avrointeqrasiyanın əleyhidarları qalib gəlmişdi: seçicilərin 51,9%-i Birləşmiş Krallığın Aİ-dən çıxmasına səs vermişdi.

Son xəbərlər

Orphus sistemi