Böyük Britaniyada terrorçuluğu maliyyələşdirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Böyük Britaniyada terrorçuluğu maliyyələşdirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb Axtarışlar hələ də davam edir
Digər ölkələr
3 Avqust , 2016 14:20
Böyük Britaniyada terrorçuluğu maliyyələşdirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Bakı. 3 avqust. REPORT.AZ/ Böyük Britaniyada Uest Midlends polisi Koventri şəhərində Suriyadakı terror qruplaşmalarının maliyyələşdirilməsi şübhəsi ilə iki nəfəri saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, qraflıq polisinin saytı şübhəlilərin şəhərin müxtəlif yerlərində saxlanıldığı barədə məlumat verib. Şəhərdə axtarışlar hələ də davam edir.

Saxlanılma faktları ölkənin kəşfiyyat xidmətinin iştirakı ilə keçirilmiş istintaqın nəticəsi olub. Şübhəlilərin milli mənsubiyyəti və maliyyə yardımının miqyası haqqında məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi