Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi aşağı salınıb

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi aşağı salınıb Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi “ciddi”dən “əhəmiyyətli”yədək azaldılıb.
Digər ölkələr
4 Noyabr , 2019 21:29
Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi aşağı salınıb

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi “ciddi”dən “əhəmiyyətli”yədək azaldılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, terrorçu Fəaliyyətlərinin Təhlili Mərkəzinin (JTAC) gəldiyi qənaətə görə beynəlxalq terrorçular tərəfindən yaradılan təhlükənin “əhəmiyyətli”, Şimali İrlandiya məsələsi ilə bağlı təhlükənin bütövlüklə ölkə üçün “əhəmiyyətli”, adıçəkilən bölgə üçün isə “ciddi” olaraq qiymətləndirilir.

Qeyd edək ki, ölkədə terror təhlükəsini qiymətləndirmək üçün beş xallıq cədvəl istifadə olunur. “Ciddi” səviyyə 4 xala müvafiqdir ki, “kəskin” olan ən yüksək səviyyədən sonra ikinci dərəcəyə uyğundur.

Xatırladaq ki, Böyük Britaniyada 2017-ci ildə beş terror hücumu törədilmişdi. Həmin hadisələr 36 nəfərin həyatına son qoymuşdu.

Son xəbərlər

Orphus sistemi