Böyük Britaniya hüquq-mühafizə orqanları rekord miqdarda narkotik maddə heroin ələ keçiriblər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, narkotiklər Felikstouv limanında "MV Gibraltar" konteynerində tapılıb.
Müsadirə edilən 1,3 ton narkotik vasitə dəsmal və xalatların içərisində olub.
Həmin yükün ümumi bazar qiyməti 120 milyon funt sterlinqdən çoxdur.