Böyük Britaniyada pişik koronavirusa yoluxub

Böyük Britaniyada pişik koronavirusa yoluxub Böyük Britaniyada ilk dəfə ev pişiyinin koronavirusa təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
Digər ölkələr
28 İyul , 2020 04:22
Böyük Britaniyada pişik koronavirusa yoluxub

Böyük Britaniyada ilk dəfə ev pişiyinin koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” “BBC”yə istinadən xəbər verir ki, ekspertlər virusun ev heyvanlarından insana keçmə ehtimalının olmadığı qənaətindədir.

Həmin pişiyin daha əvvəl koronavirus testi müsbət çıxan sahibindən yoluxduğu güman edilir. 

Səhiyyə rəsmilərinin dediyinə görə, bu hal hər hansı həyəcan üçün əsas yaratmır.

Ölkənin baş baytarı Kristin Midlmiss bildirib ki, bu, çox nadir hadisədir: "Yoluxan heyvanlar əlamətlərinin göründüyü gün bəlli olur və bir neçə gün ərzində sağalır. Həmin heyvanın birbaşa insanlara virus ötürməsini düşünmək üçün əsas yoxdur. Biz hadisəni bundan sonra da izləyəcək, vəziyyət dəyişsə, heyvan sahibləri üçün təlimatlarımızı yeniləyəcəyik”.

Qeyd edək ki, Avropa, Asiya, Şimali Amerika ölkələrində ev heyvanlarının koronavirusa təsdiqlənmiş yoluxma halları cüzi saydadır.

Son xəbərlər

Orphus sistemi