Böyük Britaniyada neft emalı zavodunda yanğın baş verib

Böyük Britaniyada neft emalı zavodunda yanğın baş verib Bakı. 23 avqust. REPORT.AZ/ Böyük Britaniyanın Çeşir qraflığında Essar Oil UK şirkətinin neft emalı zavodunda yanğın baş verib.
Digər ölkələr
23 Avqust , 2018 10:33
Böyük Britaniyada neft emalı zavodunda yanğın baş verib

Bakı. 23 avqust. REPORT.AZ/ Böyük Britaniyanın Çeşir qraflığında "Essar Oil UK" şirkətinin neft emalı zavodunda yanğın baş verib. 

“Report” BBC-yə istinadən xəbər verir ki, müəssisənin yüzlərlə işçisinin təxliyyə olunduğu bildirilir. 

Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. 

Xəbərdə qeyd olunur ki, zavodda Böyük Britaniyanın mühərrik yanacağının 16 faizi istehsal olunur. 

Ölən və yaralılar barədə hələlik məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi